“Xəzər GLX” QSC Milli Ordumuza dəstək olub

“Xəzər GLX” QSC Milli Ordumuza dəstək olub

“Xəzər GLX” Qapalı Səhmdar Cəmiyyəti işğal altında olan torpaqlarımızın azad edilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna ianə edib. Təkcə 2020-ci il oktyabr ayı ərzində “Xəzər GLX” QSC 60 000 manat məbləğində vəsaiti AR Silahlı Qüvvələrinə Yardım Fonduna köçürmüşdür. Eyni zamanda Şirkətimizin əməkdaşları könüllü olaraq ordumuza dəstək məqsədilə təşkil olunmuş müxtəlif yardım kampaniyalarında və yaralılara kömək üçün qan vermə aksiyalarında yaxından iştirak edir. Xəzər GLX” QSC-nin bir neçə əməkdaşı könüllü orduya qoşulmuşdur.