Xəbərlər

Xəbərlər

Koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarının qarşısının alınması və əməkdaşlarının sağlamlığının təmin olunması məqsədilə “Xəzər GLX” QSC Nazirlər Kabineti yanında Operativ Qərargahının tövsiyələrini əsas tutaraq bütün təhlükəsizlik tədbirlərini görüb.

Bununla əlaqədar “Xəzər GLX” QSC inzibati binalarında, həmçinin servis mərkəzlərində virus və bakteriyalar əleyhinə dezinfeksiya işləri tamamlanıb. Dezinfeksiya bu sahədə ixtisaslaşmış və müvafiq lisenziyaya malik “Sağlam Həyat-Təmizlik və Dezinfeksiya Xidmətləri” şirkəti tərəfindən həyata keçirilib və müvafiq sertifikat təqdim olunub. Proses “Xəzər GLX” QSC-nin KSƏTƏM  əməkdaşlarının nəzarəti ilə yerinə yetirilib.

Qeyd edək ki, aparılan dezinfeksiya tədbiri ərazini ən az 14 gün qoruyur və bu tədbirlər virus təhlükəsi olduğu müddətdə mütəmadi olaraq həyata keçiriləcək. İstifadə olunan dezinfektantlar insan səhhəti üçün zərərsizdir.

Virusun profilaktikası ilə bağlı Operativ Qərargahın göstərişlərinə əsasən, şirkət personalı xüsusi qoruyucu maska və əlcəklərlə təmin edilir, gündəlik olaraq temperaturu yoxlanılır, insanların sıx təmasda olduğu səthlər, sexlər mütəmadi olaraq təmizlənir. Həmçinin inzibati binaların girişləri spirt tərkibli antiseptik məhlullarla təmin edilib.

Son olaraq qeyd edək ki, yaranmış vəziyyətlə bağlı şirkətin fəaliyyətində müştəri məmnuniyyətinə təsir edə biləcək heç bir texniki problem və ya ləngimə nəzərdə tutulmur, fəaliyyətini davam etdirir.