KEYFİYYƏT SİYASƏTİ

KSətəm mətn
KEYFİYYƏT SİYASƏTİ

“XƏZƏR GLX” daim keyfiyyətə can atır. Məqsədimiz həm iqtisadi cəhətdən münasib şəkildə və yüksək səviyyədə gəmiləri təmir etmək və texniki qulluq göztərməkdir. Bu zaman Sifarişçilərin tələbləri və bazar tələbləri əsas tutulur. “XƏZƏR GLX” Keyfiyyət Məqsədlərini təyin edərkən aşağıdakıları diqqətə alır: 

▸Sifarişçi məmnuniyyətini əldə etmək üçün onların tələblərini tez və effektiv şəkildə həyata keçirmək; 

▸Keyfiyyətli və təyin olunmuş vaxtda xidmət göstərmək; 

▸Sifarişçinin tələblərini tam şəkildə yerinə yetirmək üçün bilikli, təlim almış əməkdaşlarla və müvafiq resurslarla Şirkəti təmin etmək; 

▸Keyfiyyəti İdarə Sisteminin və göstərdiyimiz xidmətlərin daimi təkmilləşdirilməsi üçün həyata keçirdiyimiz bütün işləri daim analiz etmək; 

▸Sifarişçilərə ən yüksək səviyyədəd xidmət göztərmək üçün bütün müasir və son texnologiyaları İstehsalata tətbiq etmək; 

▸İSO 9001:2015 Beynəlxalq Keyfiyyət Standartının və bütün Qanun/Qaydalara (yəni: hüquqi tələblərə) uyğun olaraq, xidmətləri həyata keçirmək; 

▸Bizim iş mədəniyyətimiz Keyfiyyətə və bütün işçilərin bu məsələlərə cəlb edilməsinə və onların motivə edilməsinə əsaslanıb. Bu anlayışı biz sistematik təlim və bütün sahələr üzrə tam məlumatlandırma verməklə həyata keçiririk. Göztərdiyimiz xidmətlərin keyfiyyətinin yoxlanılması hərtərəfli Keyfiyyət İdarəetməsinə əsaslanır və daimi təkmilləşməyə yönəlib. 

▸Bizim Keyfiyyəti İdarəetmə Sisteminin əsas məqsədi Sifarişçilərin tam məmnun edilməsidir.