“XƏZƏR GLX” MMC Avropa Biznes Assambleyasında

“XƏZƏR GLX” MMC Avropa Biznes Assambleyasında

06.12.2010 - “XƏZƏR GLX” MMC Avropa Biznes Assambleyası tərəfindən mükafatlara layiq görülmüşdür.

12-15 dekabr 2010-cu ildə Avstriyanın Vyana şəhərində Avropa Biznes Assambleyası (Europe Business Assembly) tərəfindən keçirilmiş tədbirdə "XƏZƏR GLX" MMC-yə 2 nominasiyada mükafat təqdim edilmişdir. Bunlardan birincisi "Avropa Keyfiyyəti Mükafatı"dır ("European Quality Award"). Şirkət bu mükafata göstərdiyi xidmətlərin keyfiyyətliliyinə və Avropa standartlarına cavab verdiyinə görə layıq görülmüşdür. 
Digər mükafat isə "İlin şirkəti" ("Best Enterprises") mükafatıdır. Bu münasibətlə Şirkət rəhbərliyi müvafiq sertifikat və diplomlarla təltif edilmişdir.

şərhlər

-