Haqqımızda

Şirkət haqqında

“Xəzər GLX” QSC Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq 2006-cı ildə yaradılmış və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 05 aprel 2006-cı ildə istehsalat subyekti və hüquqi şəxs kimi qeydiyyatdan keçmişdir. “Xəzər GLX” QSC Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası tərəfindən yoxlanılmışdır və aşağıda qeyd olunan işləri həyata keçirmək üçün müvafiq mütəxəssislərə, müasir tələblərə və müvafiq standartlara uyğun avadanlıqlara malikdir.

Bütün gəmi komponentlərinin təmiri “XƏZƏR GLX” QSC-nin ixtisaslaşdırılmış emalatxanalarında həyata keçirilir. Zavod tərəfindən göstərilən xidmətlərin səviyyəsi Rusiya Dəniz Gəmiçiliyi Registrinin tələblərinə tam cavab verir.